Dünən Bakı-Şamaxı magistralının Qobustandan keçən hissəsində baş vermiş yol qəzasında ölən şəxslərin sayı 4-ə çatıb. Lent.az-ın məlumatına görə, "BMW" markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində ağır yaralanan 1983-cü il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində minik avtomobilində olan Ü.Quliyevanın daha 3 yaxın qohumu vəfat etmişdi.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
12 iyul
Bakı-Şamaxı yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
APA-nın yerli bürosunun xəbərinə görə magistral yolun 95-ci kilometrliyində, Qobustan rayonu ərazisində BMW və "KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alan şəxslər yaxın qohumdurlar. İlkin məlumata görə, hadisə zamanı Balakən rayon sakini, sürücü 1983-cü il təvəllüdlü Quliyev Hacı Cahangir oğlunun idarə etdiyi avtomobildə olan Həsənov Müşfiq Mehman oğlu, sürücünün xalaları - Rzayeva Sevil Abbas qızı, Rzayeva Asimə Abbas qızı hadisə yerində ölüblər. Sürücünü özü və bacısı, 1985-ci il təvəllüdlü Quliyeva Ülkər Cahangir qızı isə ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
***
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb. 01-BO-203 dövlət nömrə-nişanlı "KamAZ” markalı yük avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı BMW markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
bəsi tərəfindən araşdırma aparılır.
.
