Dəhşətli partlayış - Ev sahibəsi yandı + Foto

5,183 oxunub

Gəncədə səhər saatlarında mənzildə güclü partlayış baş verib.

ARB Kəpəz xəbər verir ki, qaz sızmasından baş verdiyi ehtimal edilən hadisə zamanı ev sahibi ağır xəsarət alıb.

Asif Murğuzov – bina sakini: "Səhər saat 9-a işləmiş binada partlayış baş verdi. Güclü səs eşitdik, elə hamımız da o səsə çıxdıq”.

Rəhman Abbasov – bina sakini: "Elə çöldə durmuşdum, maşını işə salmışdım, partlayış oldu. Aynalar hamısı töküldü. Girdik evə, gördük arvad yanıb, təcili yardım maşını götürdü apardı”.

Hadisə Yeni Gəncə yaşayış massivində, bina 45b, mənzil 28 ünvanında 66 yaşlı Ulduz Hüseynova məxsus evdə baş verib. 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 40 kv.m olan mənzilə ciddi ziyan dəyib.

Bina 45b-də baş verən güclü partlayış demək olar ki, bütün yaşayış massivində hiss olunub. Belə ki, evdə qaz sızmasından baş verən ağır partlayışın nəticəsini evin içərisində görmək mümkündür. Demək olar ki, evin bütün divarları, ayna qapıları dağılmış vəziyyətdədir. Ev bir növ qəzalı vəziyyətdədir.

Partlayışın gücündən qopan ayna-qapı bina önündə dayanan avtomobillərə də ziyan vurub.

Baş verən partlayış o qədər güclü olub ki, tək Ulduz Hüseynovanın evi deyil, üst mərtəbədə yaşayan Babək Qafarovun evinə də ciddi ziyan vurub.

Partlayış zamanı evtə tək olan Ulduz Hüseynova ağır yanıq xəsarətləri ilə Gəncə şəhət TTYX- ya çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Yenizaman.az

.
XƏBƏRLƏR 10-04-2026
09-04-2026
20:12 Hakan Fidan: Türkiyə ABŞ və İran arasındakı atəşkəsi alqışlayır
20:09 Netanyahu sülh münasibətləri qurmaq üçün Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
19:10 Media: İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
19:03 WUF13: Avtomobillərin hərəkətinin monitorinq ediləcəyi istiqamətlər məlum olub
19:01 Azərbaycanın İrana humanitar yardımların çatdırılmasındakı rolu Quterreşin nümayəndəsinin diqqətinə çatdırılıb
18:56 XİN: İran atəşkəsin pozulmasına cavab vermək üzrə idi, Pakistan araya girdi
18:31 Rusiya XİN: Moskva razılaşmaların Livana da aid olduğuna inanır
18:18 Putin sovet xalqının soyqırımını inkar etməyə görə cinayət məsuliyyəti haqqında qanunu imzalayıb
18:15 Rəsmi Tehran: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, amma İranın razılığı alınmalıdır
18:09 İranın tələbi: Şərtlərimiz qəbul edilməsə, döyüş əməliyyatlarını intensivliklə bərpa edəcəyik
18:03 AK Partiya sözçüsü: İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi
18:01 IDF: Hizbullahla əlaqəli qrupun yüksək rütbəli komandiri məhv edilib
17:38 Cəlal Qasımov: "Kapital bazarı məhduddur və özəl emitentlərin sayı azdır"
17:31 Zelenski ABŞ-ın Vitse-prezidentinin “bir neçə kilometr üçün alver” sözlərinə cavab verib 
17:23 Spiker: Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin üçtərəfli formatı ortaq maraqlara xidmət edir
Təqvim