Bakıda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Xəzər rayonu Buzovna qəsəbəsi R.İsmayılov küçəsində "VAZ 2109" markalı, 20 BA 017 dövlət qeydiyyat nişanlı avtomobil 4 yaşlı qızı vurub. Maşının altında qalan azyaşlı hadisə yerində vəfat edib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Lent.az 
.