Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb. APA-nın qərb bürosunun məlumatına görə,  24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.  
 
Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
 
İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.
 
Ailənin iki övladı var.  
.