
Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.
D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə qarşılaşacaq.
"Park de Prins" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da start götürəcək qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Qeyd edək ki, Fransa millisi 6 xalla qrup lideridir. İslandiya 3 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna və Azərbaycan yığmaları isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü pillələri bölüşür.
.