Bu gün DÇ-2022-yə start veriləcək.

Qətərdə təşkil olunan futbol bayramının ilk günündə bir oyun keçiriləcək.

Mundialın açılış qarşılaşması meydan sahiblərinin iştirakı ilə baş tutacaq. Yarışa təşkilatçı ölkə təmsilçisi kimi qatılan Qətər Ekvadorla üz-üzə gələcək.

Asiya və Cənubi Amerika təmsilçiləri A qrupunda yer alıb. Bu “dördlüy”ün sabah baş tutacaq ikinci görüşündə Niderland və Seneqal qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.

DÇ-2022, qrup mərhələsi
20 noyabr
A qrupu
20:00. Qətər – Ekvador
 

.