Məşhur amerikalı müğənni Ledi Qaqa Rusiyada keçiriləcək futbol üzrə 2018-ci il Dünya çempionatının rəsmi himnini ifa edə bilər.

TASS xəbər verir ki, 31 yaşlı ifaçı artıq mahnını yazıb və təsdiq üçün FİFA-ya göndərib.

Təşkilat bəstəni turnirin rəsmi himni kimi təsdiq etməsə, müğənni onu yeni solo albomuna daxil edəcək.

Dünya çempionatının oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.
.