General-mayor Şahin Məmmədov Daxili Qoşunların komandanı təyin edilib.
Bu haqda Trend-ə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Şahin Məmmədov bundan əvvəl Daxili Qoşunların qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.
Daxili Qoşunların sabiq komandanı Zakir Həsənov bir müddət əvvəl müdafiə naziri təyin edilib.
