Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyənin Suriyadakı Hələb, İdlip, Ayn əl Ərəb (Kobani) bölgələrinin təhlükəsiz, etibarlı bölgə elan edilməsini istədiyini bildirib.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, baş nazir "Əl Cəzirə” telekanalına verdiyi müsahibədə Kobani bölgəsinin işğal olunmaması üçün Türkiyənin əlindən gələni edəcəyini vurğulayıb: "Kobaninin işğal edilməsi bizi həqiqətən üzür. İşğalın olmaması üçün əlimizdən gələni edəcəyik. Amma Rakka, Carablus (Cərablus), Mosul işğal olunarkən harada idiniz?”.
Baş nazir qeyd edib ki, Türkiyə 2 milyona yaxın suriyalı gəlib: "Suriyadan 1 milyon 800 min insan Türkiyəyə köç etdi. Türkiyəyə köç edən insanlardan 1 milyon 600 mini Əsəd rejimdən qaçaraq bizə sığındı. Yerdə qalan 200 min insan isə İŞİD vəhşiliyindən qaçaraq Türkiyəyə gəlib”.
.