Davosda Dünya İqtisadi Forumu başlayıb.

Yanvarın 20-dək davam edəcək Foruma bir çox beynəlxalq təşkilatların və iş dünyasının nümayəndələri dövlət və hökumət başçıları qatılıb.

Bildirilib ki, 30 ölkədən 2 700-dən çox iştirakçının 50-si dövlət və ya hökumət başçılarıdır.

Dünya İqtisadi Forumu bu il “Parçalanmış dünyada əməkdaşlıq” mövzusu altında təşkil olunub.

Sabah səhər saatlarından etibarən liderlərin çıxışları və panel müzakirələri başlayacaq. Forumun yerləşdiyi ərazidə və Davos şəhərinin girişində sıx təhlükəsizlik tədbirləri görülüb.

Dünya İqtisadi Forumunun bəyanatına görə, Almaniya Kansleri Olaf Şolts, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Parlamentinin sədri Roberta Metsola, Cənubi Koreya Prezidenti Yoon Suk Yeol, İspaniyanın Baş naziri Pedro Sançes, İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset, Belçikanın Baş naziri Aleksandr De Kroo, Finlandiyanın Baş naziri Sanna Marin, Yunanıstan Baş naziri Kiryakos Mitsotakis, İrlandiyanın Baş naziri Leo Varadkar, Moldova Prezidenti Maya Sandu, Hollandiyanın Baş Naziri Mark Rutte, Filippin Prezidenti Ferdinand Markos, Polşa Prezidenti Andjey Duda, Serbiya Prezidenti Aleksandar Vuçiç, ABŞ-ın İqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes, Kanada Baş nazirinin müavini və maliyyə naziri Kristia Friland, Çin Baş nazirinin müavini Liu He, Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari, Avropa Mərkəzi Bankının (AMB) Prezidenti Kristin Laqard, həmçinin BMT Baş katibi Antonio Quterreş, NATO-nun Baş katibi Yens Stoltenberq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus və Beynəlxalq Enerji Agentliyinin Prezidenti Fatih Birol foruma qatılacaq rəsmilər arasındadır.

Forumda ABŞ, Çin və Rusiya kimi ölkələrdən liderlər səviyyəsində iştirak olmayacaq, Türkiyədən isə sammitdə rəsmi iştirak olmayacaq.

.