Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan ölkəsinin 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindəki məğlubiyyətinə görə özünü günahkar bilib.

O, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.

D.Tonoyan deyib ki, müharibənin qarşısını almağı və döyüşləri dayandırmağı bacarmayıb.

Sabiq nazir hazırda parlamentində yaradılan komissiyada dindirilir.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.

.