Avqustun 16-da saat 12:30 radələrində Daşkəsən rayonu Qabaqtəpə kəndində 1969-ci il təvəllüdlü Əmrahov Məmməd Malik oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan  verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Quliyev Elnur Şahid oğlu könüllü polisə gələrək təslim olub.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Onlar qonşu olublar.

Faktla bağlı araşdırma aparılır.

.