Danimarkanın müdafiə naziri Troels Lund Poulsen 2011-ci ildə Liviyada 14 mülki şəxsin öldüyü hava hücumlarında ölkəyə məxsus hərbi təyyarələrin iştirakı ilə bağlı araşdırma aparıldığını elan edib.

Bu barədə “Altinget” məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi 2012-ci ildə belə qənaətə gəlib ki, iki Danimarka F-16 qırıcısının adı BMT, KİV-lər və insan haqları təşkilatları tərəfindən toplanan mülki itkilər haqqında hesabatlarda çəkilir.

.