Danimarka Quranın və digər dini mətnlərin yandırılmasını qadağan etməyi nəzərdən keçirir.

Yenizaman BBC-yə istinadən xəbər verir ki, buna səbəb ölkənin təhlükəsizlik və diplomatik narahatlıqlardır.

Danimarkanın Xarici İşlər Nazirliyi bildirilib ki, ifadə azadlığını qorumaq vacib olsa da, bu cür etiraz növləri ekstremistlərin xeyrinədir və təhlükəsizlik təhdidləri törədir.

İsveçin Baş naziri də oxşar prosesin başladıldığını deyib.

Xatırladaq ki, bu ilin iyununda iraqlı xristian qaçqın Stokholmdakı mərkəzi məscidin qarşısında Quran kitabını yandırıb. Ona ötən həftə ikinci dəfə Quran kitabını yandırmağa icazə verilib. Hadisə İsveçin Bağdaddakı səfirliyinin əməkdaşlarını təxliyə etməsi ilə nəticələnib.

.