Daha çox “Bozun 50 çaları” filmi ilə məşhurlaşan amerikalı aktrisa Dakota Conson dünyaca məşhur rejissor Alfred Hiçkoku nənəsi Tippi Hedrenə təcavüzdə ittiham edib.

Onun sözlərinə görə, rejissorla yatmaq istəmədiyi üçün Hiçkok nənəsinin karyerasını məhv edib.

“O, heç vaxt mühakimə olunmayıb”, - deyə Conson təəssüflə bildirib.

Məşhur aktrisa insanların  başqalarını alçaltmaq üçün güclərindən istifadə etməsini qəbuledilməz adlandırıb.

“Bu barədə danışmaq çox çətindir, çünki o, mənim nənəmdir. Ancaq siz də kiminsə nənənizi istismar etməsini istəməzdiniz”, - deyə o, bildirib.

Qeyd edək ki, amerikalı aktrisa Tippi Hedren daha çox “Quşlar” və “Marni” filmlərindəki rolları ilə tanınır. O, məşhur aktrisa Melani Qriffitin anası və Dakota Consonun nənəsidir.

 

.