
QPR-in müdafiəçisi Rio Ferdinand futbolçu karyerasını başa vurub. Bu barədə 36 yaşlı oyunçunun özü məlumat verib:
"Mən bütün klubların azarkeşlərinə təşəkkür edirəm. Onlar olmasaydı, futbol indiki kimi gözəl olmazdı. Hər bir azarkeş üçün darıxacağam”.
Qeyd edək ki, R.Ferdinand futbolçu karyerası ərzində "Vest Hem" , "Bornmut", "Lids Yunayted", "Mançester Yunayted" və QPR klublarında çıxış edib. O, İngiltərə millisi ilə 81 matçda oynayıb.
.