Reytinqlərdə gözlənilən nəticəni vermədiyi üçün erkən final edən "Altınsoylar" serialının qəhrəmanlarının sevgili olduğu üzə çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rolları canlandıran Ayça Ayşin Turan və Aras Aydın serialda olduğu kimi real həyatda da sevgi münasibəti yaşayırlar.

Cütlük bu xəbəri sosial media hesablarından elan edib. Ayça sevgilisi ilə birgə fotosunu paylaşaraq "Mavi bir adam, narıncı bir qadın" yazıb.





.