Daha bir QHT-nin bank hesabına həbs qoyulub.
Virtualaz.org xəbər verir ki, Media və İctimai Təşəbbüslər Mərkəzinin bank hesabına həbs qoyulub. Bu barədə QHnin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev öz facebook səhifəsində məlumat yayıb.
"Hesaba həbs ona görə qoyulub ki, bizim təşkilat Milli Demokratiya İnstitutundan (NDİ) maliyyə alıb. Halbuki biz bu təşkilatla heç zaman işləməmişik. Hazırda ABŞ təşkilatlarından maliyyə alan bütün təşkilatlar oxşar taleni yaşayır. Ona görə sabah (bu gün-red.) səhər tezdən Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində şahid qismində olacam. Narahatlığa əsas yoxdur”- deyə S.Əliyev qeyd edib.
.