Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Müşfiq qəsəbəsində qeydə alınıb. Naməlum kişi qəsəbə ərazisindən keçən hündür körpüyə çıxaraq özünü atacağını deyib. O, işlədiyi yerdə maaşını ala bilmədiyi üçün buna etiraz olaraq intihar etmək istədiyini açıqlayıb.
Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyi nəticəsində intihar etmək istəyən şəxsi fikrindən yayındırmaq mümkün olub.
Hazırda onun ifadəsi alınır.
.