
AXCP fəalları olan jurnalist Xədicə İsmayılın və Kəmalə Bənənyarlının adı ətrafındakı pornogörüntü qalmaqalı səngiməmiş sosial şəbəkələrdə daha bir müxalifətçiyə qarşı analoji kompromat yayılıb.
Virtualaz.org saytının xəbərinə görə, gizli kameraların qurbanı bu dəfə ABŞ vətəndaşı Səid Nuri olub. Bir həftədən çoxdur Azərbaycandan çıxmasına qadağa qoyulan S.Nurinin yataq səhnələri sosial şəbəkələrdə yayılıb.
S.Nuriyə ölkədən çıxmaq qadağası Azərbaycan Baş Prokurorluğu tərəfindən qoyulub. Onun adı QHT-lərdən birinin cinayət işində şahid kimi keçir. ABŞ Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyi isə rəsmi Bakıdan Səid Nuri məsələsinə aydınlıq gətirilməsini tələb ediblər.
Yada salaq ki, ABŞ xüsusi xidmət orqanları 2005-ci ildə Azərbaycanda "rəngli inqilab”ın təşkili layihəsində bilavasitə iştirak ediblər. "Yeni fikir” adlı radikal gənclər təşkilatı da elə o zamanlar yaradılıb. Bu təşkilat Ukraynadakı "Pora”nın "narıncı inqilab”da oynadığı rolu Azərbaycanda oynamalı idi.
S.Nuri "Yeni fikir” gənclər təşkilatının sədr müavini idi. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev həbs ediləndən və "narıncı inqilab”ın qarşısı alınandan sonra S.Nuri də Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs olundu. Lakin S.Nuri talassemiya xəstəliyindən əziyyət çəkdiyi üçün onun barəsindəki həbs-qətimkan tədbiri dəyişdirildi, sonradan ona şərti həbs cəzası verildi. Daha sonra Norveç və ABŞ səfirliklərinin köməyi ilə Azərbaycanı tərk edən S.Nuri bir müddət ABŞ-da yaşadı və bu ölkənin vətəndaşlığını aldı. O, ABŞ vətəndaşlığı alandan sonra Azərbaycana tez-tez gəlib-gedir. Mətbuatda S.Nurinin ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsinə dair dəfələrlə məlumatlar yayılıb.
.