
Baş rollarında Engin Öztürk və Hazar Ergüçlü olan "Yüksek sosyete" serialı haqda final qərarı verilib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Star TV-də yayımlanan ekran işi "Cesur ve Güzel"in başlama səbəbi ilə cümə axşamlarından şənbə gününə keçirilmişdi. Lakin bu da serialın reytinqini xilas edə bilməyib.
"Yüksek sosyete" 3 həftə sonra bitəcək.