
Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubunun düşərgəsini tərk edib.
Bu barədə Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.
Direktor bildirib ki, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu "Olimpiakos" komandasının istəyilə kollektivdən ayrılıb.
Qeyd edək ki, "Qarabağ" Tarik Elyunussini 2017-ci ilin yayında "Olimpiakos"dan 1 illik icarəyə götürüb. Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir.