Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verilib.

Trend-in məlumatına görə, 1982-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan Ruslan Abdullazadə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilir.

İstintaqdan yayınan R.Abdullazadə barəsində Azərbaycan məhkəmə orqanı tərəfindən həbs qətimkan tədbiri seçilib. O, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

.