Fransa Səhiyyə Nazirliyi Böyük Britaniyadan gələn şəxsdə mutasiya olunmuş koronavirusun müəyyən edildiyini açıqlayıb.

DHA xəbər verir ki, 19 dekabrda Londondan gələn fransalı karantinə alınıb.

Simptomu olmayan həmin şəxsin koronavirus testi iki gün sonra müsbət çıxıb.

Fransa Səhiyyə Nazirliyi yeni növün ölkədəki digər insanlarda da görülə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

.