Daha 6 dövlət BRICS-ə üzv olacaq.
Yenizaman xəbər verir ki, bu barədə Yohannesburqda keçirilən 15-ci BRICS sammitinin yekunlarına dair çıxış edən CAR Prezidenti Cyril Ramafoza bildirib.
Yeni üzvlər arasında Argentina, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Efiopiya və Misir var.
"Üzvlük 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək”, - deyə CAR Prezidenti Ramafoza bildirib.
.
