2023-2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticəsi üzrə 47 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Beləliklə, 2023/2024-cü tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər  Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb.

.