ABŞ Demokratlar Partiyasından olan senatorlar İranın nüvə proqramına dair sazişin təsdiqlənməməsini nəzərdə tutan qətnamənin bloklanması üçün daha 4 səs toplayıblar. Yenizaman.az-ın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, üç senator - Oreqon ştatından Ron Vayden, Konnektikut ştatının təmsilçisi Riçard Blümental və Miçiqandan Qeri Piters sazişi dəstəklədiyini eyni vaxtda bəyan ediblər. Az sonra daha bir senator-demokrat, Vaşinqton ştatından seçilən Mariya Kantuell İranın nüvə proqramına dair sazişi dəstəklədiyini ifadə edib.
Beləliklə toplanan səslərin ümumi sayı 42-yə çatıb. Bu İranın nüvə proqramına dair sazişin təsdiqlənməməsini nəzərdə tutan qətnamənin bloklanmasına kifayət edir.
.