Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinə üzv seçilib.
Bununla da icma sədri AŞPA-da təmsil olunacacaq.
Eyni zamanda, T.Gəncəliyev Azərbaycan - Kanada parlamentlərarası işçi qrupuna rəhbərlik edəcək.
Qeyd edək ki, T.Gəncəliyev bu ilin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat seçilib.
O, 2018-ci ilin dekabrın 20-də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına rəhbərlik edir.
.
