"Dnestryanı bölgə və Dağlıq Qarabağdakı mövcud durumla Krımda baş verənləri paralel müqayisə etmək olmaz."
Bu sözləri "İnterfax" agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenza bildirib. O, əlavə edib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Rusiya, ABŞ və Fransanın həmsdər kimi iştirak etdiyi ATƏT-in Misnk qrupu fəaliyyət göstərir.
Rusiyanın XİN rəhbərinin müavini daha sonra deyib ki, Ermənistan-Azərbaycan və Dnestryanı münaqişələri həll etmək üçün "5+2" formatı mövcuddur və bu istiqamətdə səylər davam etdirilir.
.