
İşğalçı Dağlıq Qarabağ rejiminin "qanunverici orqanı" oktyabrın 29-da yeni qərarlar verib.
"Media forum” saytının məlumatına görə, qondarma respublikada "parlament seçkisi” qaydaları dəyişib. Bundan sonra 33 nəfərlik qanunverici orqana "deputatların” 22-si proporsional, 11-i majoritar qaydada seçiləcək. İndiyədək nisbət əksinə idi.
İclasda qondarma rejimə yeni "baş prokuror” təyin olunub. Bu postu Artur Mosiyan tutub.
Oktyabrın 28-də "baş prokuror” postundan istefa vermiş Arşavir Qaramyan bu gün işğalçı rejimin başçısının sərəncamı ilə "təhlükəsizlik xidməti"nin rəhbəri təyin olunub.
.