Mən həmişə "Novoye Vremya" qəzetini izləyirəm. Qəzətdə nəşr edilən məqalələr çox maraqlıdır. Bu sözləri "Novoye Vremya” qəzetinin Qəbələyə ezam olunmuş əməkdaşına Dağıstanın rəhbəri Ramzan Abdulatipov bildirib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya yaxın starteji tərəfdaşdırlar və bu istiqamətdə jurnalistlərin də böyük səyləri var. R.Abdulatyipov daha sonra bildirib ki, Dağıstan və Azərbaycan arasında əlaqələr tədricən inkişaf edir.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin dinamik inkişafında Azərbaycan dövlət başçısı İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin böyük əməyi var.
"Dağıstanın bu inkişafda rol aldığı üçün biz çox sevinirik. İnanıram ki, dostluq əlaqələrimiz bundan sonra da davam edəcək”, - deyə R. Abdulatipov qeyd edib.
