
Aktyor Furkan Andıç sevgilisi Dilan Çiçək Dənizə sürpriz doğum günü ziyafəti təşkil edib.
Türkiyə mətbuatı xəbər verir ki, "Çukur” serialında baş rolda çəkilən ulduzun dünən 23 yaşı tamam olub. Bu münasibətlər sevgilisi ona romantik jest edib. Dilan Çiçək Dəniz sevgilisi Furkanın ona sürpriz doğum günü təşkil etdiyi üçün təşəkkürünü bildirib. Aktrisa doğum günün şəkillərini sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, aktyorla aktrisa bu yaxınlarda Osminoq könüllülər dərnəyinin keçirdiyi "Küçə itləri üçün 100 daxma” kampaniyasına qoşulmuşdu. Onlar bir qrup heyvansevərlərlə küçə itlərinə daxma düzəldib. Sonra isə hər kəsin qarşısında öpüşüblər.