Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.


Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.


Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti oktyabrın 1-dək uzadılıb.
Qeyd edək ki, bundan əvvəl bu müddət iyulun 1-dək idi.

.