İngiltərənin məşhur müğənnisi Corc Maykl (George Michael) 53 yaşında dünyasını dəyişib. 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun meyiti Okfordşirdəki evində tapılıb. Müğənninin ölümününü meneceri Maykl Lippman təsdiqləyib. Polis onun ölümündə şübhəli məqamın olmadığını bildirib. 

Qeyd edək ki, "Wham" qrupunda fəaliyyəti ilə karyerasına başlayan C.Maykl pop musiqi tarixinin ən tanınmış simalarından hesab edilir. "Qremmi" və "BRİT" ilə yanaşı bir sıra mükafatların da sahibi olan müğənninin albomu 100 milyondan çox satılıb.SPAN>





 .