
1915-ci il qondarma "erməni soyqırımı"yla bağlı müzakirələrə qatılan aktyor Corc Kluninin dedikləri Türkiyədə birmənalı qarşılanmayıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Kaliforniyada dövlət radiosuna danışan aktyor "1915-ci ildə ermənilərə qarşı soyqırım edildi, bu müzakirə olunmayacaq gerçəkdir" deyib. O, hətta Türkiyənin bu mövzu barədə danışmaqdan qaçıdığını iddia edib.
O, ABŞ-ın Türkiyə ilə yaxın olduğu üçün ona təzyiq edə bilmədiyini də deyib:
"Senatorlara "erməni soyqırımı" barədə danışa bilərsiniz?" deyəndə hər zaman "Təbii ki, yox. Türkiyə bizim terrorizmə qarşı mübarizədə müttəfiqimizdir" deyirlər".
Qeyd edək ki, aktyorun həyat yoldaşı Amal Amuliddin Kluni də Türkiyə partiyə rəhbəri Doğu Perinçekin məhkəməsində vəkil olaraq Ermənistanı təmsil etmişdi. Argentinadakı erməni diasporunun iddiasına görə isə, Amal K. 2016-cı ildə "erməni soyqırımı"nın 101-ci ildönümü üçün Ermənistana gedəcək.
.