ABŞ-ın sabiq prezidenti ata Corc Buşun həyat yoldaşı Barbara Buş xəstəxanaya yerləşdirilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Corc Buşun rəsmi nümayəndəsi Cim Makqret də təsdiqləyib: "Onun vəziyyəti yaxşıdır. Barbara Buşu artıq həyat yoldaşı və digər ailə üzvləri ziyarət ediblər. O, həkim nəzarəti altındadır”.
Barbara Buş nəfəs çatışmazlığı ilə Hyuston xəstəxanasına yerləşdirilib. Onda erkən mərhələdə ağciyər iltihabı əlamətləri aşkar olunub.
88 yaşlı qadın amerikalıların sevimlisidir. O, ərinin prezident olduğu vaxtlarda ərindən daha nüfuzlu şəxs hesab edilirdi.
.