BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək.

Bu barədə Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.

Məlumata görə Avstraliyanın ev sahibliyi hüququnu Türkiyəyə verdiyi və həmsədrlikdən çəkildiyi üçün iqlim sammiti 2026-cı ildə Antalyada keçiriləcək.

"COP31 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək. Türkiyə iqlim diplomatiyasının mərkəzinə çevriləcək", - məlumatda deyilir.

.