"Azərbaycanın qapıları məhsuldar danışıqların tərəfinə çevrilmək istəyən hər kəs üçün açıqdır".

Bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Prezidentliyinin bugünkü mətbuat konfransında "Agence France-Presse"nin fransalı nazirin Azərbaycana səfərini ləğv etməsi barədə sualına cavabında bildirib.

O deyib ki, ölkəmiz bu konfransda 80 nəfərdən çox dünya dövlətlərinin liderlərini qəbul edib, yüzlərlə nazir COP29-un işinə töhfə verilməsi üçün Bakıya gəlib:

"Atılan bütün addımıar danışıqlar prosesinin səmərəli keçməsinə hesablanıb. Biz məhsuldar müzakirələrdə iştirak etmək istəyən, danışıqların tərəfinə çevrilmək niyyətini elan edən hər kəsi ölkəmizdə qəbul etməyə hazırıq".

.