Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizi boyunca bərpa olunan enerjinin inkişafı və ötürülməsi ilə bağlı Anlaşma Memorandumu imzalayıblar.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu, COP29-un regional və transregional səviyyədə mühüm nəticələrindən biri. Layihə həmçinin Qara dəniz enerji kabeli ilə əlaqələndiriləcək. Yeni "yaşıl enerji dəhlizi" yaradılmaqdadır", - H. Hacıyev vurğulayıb.
.