"Bu gün Ukraynanın müstəqilliyi yenidən təhdid olunur və Ukrayna xalqı öz evini, ailələrini və xalqın öz ölkəsində taleyinə qərar vermək hüququnu müdafiə edir".

Bunu Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Müstəqillik Günü ilə bağlı təbrik müraciətində bildirib.

"Mən Ukraynanın bu mübarizədə qalib gələcəyinə heç vaxt şübhə etməmişəm, çünki dünyadakı heç bir güc 44 milyon ukraynalının vətənpərvərliyinin öhtəsindən gələ bilməz. Nə qədər müddət tələb edirsə etsin, Britaniya Ukraynaya bütün mümkün hərbi, humanitar və maliyyə yardımı göstərməyə davam edəcək".

Baş nazir deyib ki, fevralın 24-dən bəri Britaniya Ukraynaya Avropanın istənilən ölkəsindən daha çox hərbi dəstək verib. "Bu ölkəyə 7000-ə qədər tank əleyhinə raketlər göndərilib. Bir gün Ukrayna bu sınaqdan çıxacaq və qəlbəyə nail olacaq, o zaman gələndə biz Britaniya olaraq Ukraynanın dostu olmağımızla daha da fəxr edəcəyik", Baş nazir Conson vurğulayıb.

.