
Türkiyənin Suriyaya quru qoşunlar göndərəcəyi ilə bağlı açıqlamasına ABŞ xarici işlər naziri Con Kerri münasibət bildirib.
Avropa.info xəbər verir ki, Kerri Kobanidəki kürdlərin (PKK-nın :red) Türkiyə ordusunu istəmədiyini bildirib.
"Türkiyə bizim koalisiyadadır . Ancaq qəti olan bir şey varsa, aralarında kürdlərin, iraqlıların, suriyalıların və digərlərinin olduğu müxtəlif qruplar, türk əsgərlərini Kobaniyədə istəmir"
Qeyd edək ki, Suriya probleminə baxışda ABŞ-la Türkiyəı arasında narazılıqlar yaşanır. Ankara Suriyaya quru qoşunlar göndərilməsini və Əsədin devrilməsini istəyir. ABŞ isə Türkiyədə İncirlikdəki hərbi bazanı İŞİD-i bombardıman edən təyyarələrin ixtiyarına verməsini tələb edir. Türkiyə isə bu tələbi rədd edir.
Artıq Türkiyə Suriyada Əsədə qarşı döyüşən mötədil qruplara təlim keçəcəyi və silah verəcəyi iləı bağlı qərar qəbul edib.
.