Hollivudun məşhur aktyorları Ancelina Coli və Bred Pittin boşanması ilə bağlı yayılan xəbərlər rəsmən təsdiqlənib. 

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, internetdə məşhur cütlüyün boşanmasına dair hüquqi sənədlər yerləşdirilib. Xüsusilə uşaqların himayəsinə dair şərtlər bölümü hamı üçün açıq şəkildə paylaşılıb. Dərc olunan sənədlərdən aydın olur ki, boşanma təşəbbüsü Ancelina Colidən gəlib. Colinin belə bir addım atmasına səbəb kimi isə "şiddətli fikir ayrılığı” göstərilir.

Dərc olunan sənədlər təsdiqləyir ki, Coli bütün uşaqlarının himayə hüququnu özündə saxlamaq istəyir. Lakin o, Bredə uşaqlarla görüşmək imkanı verməyə razıdır.

Pittin isə bu qərara etiraz etmək üçün 30 gün vaxtı var.





.