Türkiyə mətbuatında Azərbaycan bazarında da satılan məşhur diş məcunu ilə bağlı ciddi ittihamlar yer alıb.
Yenizaman.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Colgate Total” adı ilə 1992-ci ildən indiyədək dünyanın 100 ölkəsində satılan diş məcununda xərçəng xəstəliyinin yaranmasında şübhəli bilinən və cinsi gücü azaldan kimyəvi maddələr var.
Bu xəbər ilk dəfə ABŞ-ın nüfuzlu qəzetlərində yayılıb. ABŞ mətbuatı iddia edir ki, bir çox firmalar illərdir istehsal etdiyi diş məcunlarına Avropa Birliyi tərəfindən qadağan edilmiş "triclosan” adlı kimyəvi maddə qatmasa da bu maddə hazırda "Colgate Total”ın tərkibinə əlavə olunur.
Firma isə hələ 1992-ci ildə Amerikanın ən nüfuzlu tibb institutlarına diş məcununun tərkibinə qatılan maddələrin yoxlandığını, bu maddənin zərərsiz olduğuna dair hesabat aldığını iddia edib.
Mütəxəssislər isə diş məcunlarının tərkibinə qatılan maddələrin təkrar yoxlanılmasını təklif edirlər. Çünki son dövrlər xüsusilə heyvanlar üzərində aparılan araşdırmalar zamanı "triclosan” maddəsinin problem yaratdığı ortaya çıxıb. Bu maddənin xərçəngin yaranmasına səbəb ola biləcəyi ehtimal edilir.
Bu diş məcununun hamilə qadınlar tərəfindən istifadə edilməməsi tövsiyə olunur. Səbəb isə doğulacaq uşağın çəkisinin azalacağı ehtimalıdır.
Mütəxəssislər tərkibinə bu kimyəvi maddə qatılmış sabunlar və təmizləyicilərin də yenidən yoxlanılmasını tələb edirlər.
.
