ABŞ-nin Nümayəndələr Palatasının “Respublikaçılar” partiyasından olan üzvləri prezident Co Baydenin impiçmentinə səbəb olacaq hesabatı Konqresə təqdim edib.
Yenizaman-ın “Reuters“ə istinadən xəbərinə görə, 291 səhifəlik sənəddə bildirilib ki, Ağ Ev rəhbəri 2014-cü ildən bəri şəxsi nüfuzundan istifadə edərək ailə üzvlərinə aid şirkətlərin ticarət əməliyyatlarının təşviqi müqabilində külli-miqdarda gəlir qazanıb.
O, həmçinin ABŞ-də biznesini inkişaf etdirmək istəyən rumıniyalı iş adamından rüşvət almaqda da ittiham olunur. Hələlik Nümayəndələr Palatasının rəhbəri Mayk Consonun impiçment dinləmələri haqda qərar verib-verməyəcəyi aydın deyil. Lakin məsələ müzakirəyə çıxarılsa, o vaxtından əvvəl vəzifədən gedə bilər.
Qeyd edək ki, Сo Baydenin səlahiyyət müddəti yanvarın 20-də başa çatır.
.