ABŞ səlahiyyətliləri Türkiyənin Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı etirazlarının aradan qaldırılacağına əmindir.

Bunu Amerika administrasiyasının yüksək səviyyəli nümayəndəsi ABŞ Prezidenti Co Baydenin sözlərinə istinadən deyib.

O bildirib ki, Co Bayden Almaniyada “Yeddilik” qrupunun liderlərinin görüşünə, eləcə də NATO-ya gözlənilən səfərinə həsr olunmuş xüsusi telefon brifinqində bu sözləri deyib.

“Biz Türkiyənin qorxularının aradan qaldırılacağına və müttəfiq olaraq konsensusa gələ biləcəyimizə əminik” , - deyə bildirilib.

.