ABŞ Prezidenti Donald Tramp Venesuelada yerləşən narkotik kartellərinə zərbə endirmək imkanını nəzərdən keçirir.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu cür planlar ABŞ administrasiyasının Venesuela Prezidenti Nikolas Maduronun mövqelərini zəiflətməyə yönəlmiş siyasi kursunun daha geniş hissəsidir. CNN qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib.

Televiziyaya görə, bəzi Amerika rəsmiləri bu həftə Venesuela sahilləri yaxınlığında gəmiyə zərbələrin endirilməsinin və narkotik tacirlərinə qarşı potensial zərbələrin Maduronun yaxın ətrafına təzyiq göstərəcəyini və onları hakimiyyət dəyişikliyi barədə düşünməyə vadar edəcəyini gözləyirlər.

Bundan əvvəl Tramp əmin edib ki, Vaşinqton Karakasda hökuməti devirməkdən danışmır.

.