Dünən axşam Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib.
Virtualaz.org bildirir ki, ilk oyun günündə "Yuventus" doğma meydanda "Monako"nu qəbul edib. Görüşün favoriti hesab edilən Turin təmsilçisi 57-ci dəqiqdə Arturo Vidalın penaltidən vurduğu qolla qalib gəlib.
Ötən ilin finalçıları - "Real" və "Atletiko" bu dəfə 1/4 finalda üz-üzə gəliblər. Oyun qolsuz bərabərliklə başa çatıb.
1/4 finalın daha iki qarşılaşması bu axşam - aprelin 15-də keçiriləcək.

.