
Şərqi Çini Çan Xom adlı çox güclü qasırğa həyəcanı bürüyüb.
Lent.az-ın TASS informasiya agentliyinə istinadən məlumatına görə, Şərqi Çin əyaləti olan Zhejiang yaxınlıqdakı rayonlarda yaşayan 860 min əhali qasırğa təhlükəsinə görə evakuasiya edilib. Təxminən 26 min gəmiyə vilayətin sahillərindən limana geri qayıtmaları tapşırılıb.
Yerli hakimiyyət orqanlarının qərarı ilə əyalətin hava, dəniz yolları bağlanıb, uzaq yola çıxan avtobusların hərəkəti dayandırılıb.
Qeyd edək k, bu, Çində yaşanan ikinci qasırğa təhlükəsidir. 9 iyulda Cənubi Çində 1.6 milyon insanın xəsarəti ilə nəticələnən Linhua qasırğası baş vermişdi. Nəticədə Çinə 213 milyon dollar zərər dəymişdi.
.