Bakı, 31 yanvar, SalamNews, C.Nəzərov. Çində maraq səbəbilə paltaryuyan maşının içinə girən ikiyaşlı qız orada ilişib qalıb.
SalamNews-un "mirfactov.com"a istinadla verdiyi xəbərə görə, valideynləri qızı əvvəlcə özləri maşından azad etməyə çalışıblar. Nəticə ala bilmədikdə isə onlar kömək üçün xilasedicilərə müraciət ediblər.
Qorxmuş uşağı dəmir "tələ"dən çıxarmaq heç də asan olmayıb, odur ki, xilasedicilər xeyli əziyyət çəkiblər.


.