Cümə axşamı gecə Çinin Quandun əyaləti sahillərində yük və sərnişin gəmiləri toqquşub.

Yenizaman.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şanxayın "Penpay" informasiya portalı məlumat yayıb.

Qəza nəticəsində zərbədən sonra batan yük gəmisindəki 5 nəfər suya düşüb, onlardan 3-ü xilas edilib, daha iki heyət üzvü hələ ki, itkin düşmüş hesab olunur.

Haynan əyalətində qeydiyyatda olan yük gəmisi polad hissələr daşıyıb. Cüzi zədə alan sərnişin gəmisində qəza zamanı 970-dən çox sərnişin və 140 nəqliyyat vasitəsi olub. O, uğurla Çjanszyan şəhəri limanına yan alıb. Sərnişinlər arasında xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
.